Cənubi Qafqaz ölkələrinin aqroturizm obyektlərinin bir məkanda yer aldığı www.agrogate.world onlayn platforma yaradılıb. Bu barədə 30 iyun tarixində Report məlumat verib.
Məlumata əsasən, platformanı Gürcüstanın Fermerlər Assosiasiyası hazırlayıb.
Sözügedən platformada Azərbaycan, Gürcüstan və Ermənistanın aqroturizm obyektləri barədə məlumatlar yerləşdirilib. Assosiasiya bildirib ki, “Agrogate” regionda səyahətçilərə turizmə uyğunlaşdırılmış ənənəvi kənd təsərrüfatı mühitində istirahət təklif edən ilk onlayn aqroturizm platformasıdır.
Platformada istifadəçilərə yerləşdirmə, turlar, ustad dərsləri və bir sıra digər xidmətlər təqdim olunur. Sayta ölkəmizin Şəki, Masallı, Şamaxı və digər bölgələrinin aqroturizm məkanları daxil edilib.