Azərbaycanın loukosteri “Buta Airways” iyulun 1-dən Bakıdan Moskva ətrafı “Jukovski” hava limanına uçuşları bərpa edəcək. Bu haqda məlumat iyunun 21-də aviaşirkətin Facebook səhifəsində paylaşılıb.
Reyslər həftədə iki dəfə – cümə və bazar günləri həyata keçiriləcək. Biletləri aviaşirkətin saytından və yaxud akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
“Buta Airways”in Bakıdan Rusiyanın şəhərlərinə bərpa olunmuş uçuşlarının siyahısına Həştərxan, Mineralnıye Vodı, Kazan və Ufa daxildir. Pandemiya dövründə adıçəkilən ölkəyə giriş qaydaları ilə linkə daxil olaraq tanış olmaq olar.