Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda ilk matçına çıxıb. Bu barədə 9 iyul tarixində Report məlumat verib.
Evren Alkayanın baş məşqçisi olduğu yığma Ermənistan komandası ilə üz-üzə gəlib.
Cəbəllütariqdə gerçəkləşən qarşılaşma millimizin qələbəsi ilə bitib – 86:59.
U-16 yığması növbəti oyunlarını iyulun 10-da Gürcüstan, 11-də isə Kipr kollektivlərinə qarşı keçirəcək.