Azərbaycanın dağlıq və dağətəyi ərazilərində taxıl biçininə start verilib. Bu barədə 1 iyul tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
Məlumata əsasən, bu il Yardımlı rayonunda 3 500 hektardan çox sahədə payızlıq taxıl əkilib. Bildirilib ki, əkin sahələrinin mütləq əksəriyyəti relyefi çətin ərazilərdə yerləşir və biçin xüsusi dağ kombaynları vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, artıq ölkə üzrə 570 min hektar sahədə biçin prosesi başa çatıb.