Bu gün, iyulun 2-si səhər saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub. Bu barədə Report Müdafiə Nazirliyinə istinadən məlumat verib.
Bakı qarnizonunda xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət əsgəri Nurlan Ağamalıyev texniki qəza nəticəsində dünyasını dəyişib.
Faktla bağlı araşdırma davam edir.