Azərbaycanın işgüzar turizm imkanları İstanbulda keçirilən “ACE of MICE” beynəlxalq turizm sərgisində nümayiş olunur. Bu haqda mayın 25-də Dövlət Turizm Agentliyi məlumat verib.
Məqsəd ölkəmizə işgüzar səfər edənlərin sayının artırılmasına nail olmaqdır.
Azərbaycanı turizm agentlikləri, hotellər, Bakı Konqres Mərkəzi, Heydər Əliyev Mərkəzi və “Azərbaycan Hava Yolları” QSC daxil olmaqla 13 təşkilat təmsil edir.
Sərgidə Bakı və regionların turizm infrastrukturları və hotelləri ilə yanaşı, Qarabağın turizm potensialı haqqında da məlumatlar bölüşülür.
Sayca 9-cu olan “ACE of MICE” mayın 27-dək davam edəcək.