Slovakiyanın Koşitse şəhərində keçirilən minifutbol üzrə Avropa çempionatında Azərbaycan yığması yarımfinala yüksəlib.
Elşad Quliyevin yetirmələri 1/4 finalda meydan sahibi Slovakiyanı məğlub edib. Yarımfinala yüksələn yığmamızın rəqibi Qazaxıstan millisi olacaq. Digər yarımfinalda Bolqarıstanla Rumıniya qarşılaşacaq.
Qeyd edək ki, Avropa çempionatının son qalibi Çexiya yığmasıdır.