Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyəyə səfər edib. Bu barədə iyunun 7-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazir Türkiyədə baş tutacaq "Efes-2022" beynəlxalq təlimini izləyəcək. Səfər çərçivəsində Zakir Həsənov Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgini də ziyarət edəcək.