Bu il azad edilmiş ərazilərdə istehsal olunan balın “Qarabağ” brendi adı altında ixrac olunması planlaşdırılıb. Bu haqda iyunun 7-də Trend-ə açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.
İşğaldan azad edilən torpaqlarımızın arıçılıq sahəsində böyük potensialının olduğunu vurğulayan B.Həsrətov bildirib ki, bu il başlayandan sözügedən bölgəyə təxminən 20 min arı ailəsi yerləşdirilib.
“Arı ailələrinin yerləşdirilməsi davam edir. Proqnozlarımıza görə, azad olunmuş torpaqlarda 30 min arı ailəsi yerləşdiriləcək”, - deyə sədr əlavə edib.