Cari ilin ilk dörd ayında Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi 215 milyon dollar təşkil edib. Bu barədə 5 iyul tarixində energetika naziri Pərviz Şahbazov Twitter-də paylaşım edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 6 dəfədən çox artıb.
“Azərbaycan və Qazaxıstan arasında Ticarət əlaqələri dinamik inkişaf edir”, - məlumatda bildirilib.
#Azərbaycan və #Qazaxıstan arasında #TicarətƏlaqələri dinamik inkişaf edir. Cari ilin ilk dörd ayında ticarət dövriyyəmiz ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 dəfədən çox artaraq 215 milyon dollar təşkil edib. pic.twitter.com/hDScHcaveN
— Parviz Shahbazov (@ParvizShahbazov) July 5, 2022