2022-ci ilin ilk 4 ayı ərzində Azərbaycan 965,5 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,5% çoxdur. Bu barədə 31 may tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dərc etdiyi hesabatda deyilir.
Məlumata əsasən, cari ilin aprel ayında qeyri-neft məhsullarının ixracı ötən ilin aprel ayı ilə müqayisədə 22% artaraq 238,3 milyon dollar təşkil edib. Aprel ayı üzrə yeyinti məhsullarının ixracı 6,2%, qeyri-yeyinti məhsullarının ixracı isə 27,2% artıb.
Qeyd edək ki, cari ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı 11,8 milyard dollar təşkil edib.