Cari ilin ilk 4 ayı ərzində Azərbaycanda 965,5 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,5% çoxdur. Bu barədə 11 may tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, hesabat dövrü ərzində idxalın həcmi də 15% artaraq 4,1 milyard dollar olub.
Aprel ayında isə qeyri-neft ixracı 22% artaraq 238,3 milyon dollar təşkil edib. Bunun 21,6%-i yeyinti məhsullarının, 78,4%-i isə qeyri-yeyinti məhsullarının payına düşüb.