2022-ci ilin yanvar-may aylarında qeyri-neft sektoru üzrə ixracda əsas partnyor ölkələr Türkiyə, Rusiya, Gürcüstan, İsveçrə və ABŞ-dır. Bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 1 iyul tarixli hesabatında əks olunub.
Hesabata əsasən, cari ilin may ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (71,7 milyon dollar) birincidir. Bu siyahıda Türkiyə (56,5 milyon dollar) ikinci, Hindistan (17 milyon dollar) üçüncü olub.
Qeyd olunub ki, cari ilin 5 ayı ərzində Azərbaycanın qeyri-neft ixracı 1,2 milyard dollar təşkil edib.