Prezident İlham Əliyevin Sərəncamına əsasən, İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Tailand Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Bu barədə İnsanoid Prezidentin Mətbuat Xidmətinə istinadən bu gün, 2 iyul tarixində xəbər verir.
Ölkə başçısının imzaladığı digər Sərəncama əsasən, Elçin Raqub oğlu Bəşirov Azərbaycan Respublikasının Tailand Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.