top
Azərbaycanın xalq şairi Rəsul Rza
19 may 2022, 00:30
- ↺ +

Azərbaycanın xalq şairi Rəsul Rza

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rəsul Rza 19 may 1910-cu ildə Göyçay şəhərində anadan olub. O, ilk təhsilini Göyçay orta məktəbində alıb.

Rəsul Rza 1920-ci illərdə Göyçayda dram dərnəyi yaradıb, şəhərdə, kəndlərdə tamaşalar verib. 14 yaşlı Rəsul Göyçay şəhər kitabxanasına müdir təyin edilib, 1925-ci ildən isə həmkarlar klubunda gənclər bölməsində işləyib. Şair 1927-1937-ci illərdə Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, həmçinin Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda oxuyub.

Rəsul Rzanın “Bu gün” adlı ilk şeiri 1927-ci ildə Tiflisdə “Qığılcım” ədəbi almanaxında çap olunub. Onun məşhur əsərləri sırasında “Pəncərəmə düşən işıq”, “Duyğular, düşüncələr”, “Çinar”, “Dözüm”, “Üzü küləyə”, “Dünən, bu gün, sabah”, “Güneylər, quzeylər”i qeyd etmək olar. Şairin “Qızılgül olmayaydı” poeması Azərbaycan ədəbiyyatında repressiya qurbanlarına həsr olunmuş ən dəyərli əsərlərdən biri hesab edilir. Poemanın mövzusu Müşfiqin həyatından götürülüb.

Xalq şairi Böyük Vətən müharibəsi iştirakçısı olub. Müharibə illərində hərbi müxbir işləyən Rəsul “Vətən”, “İntiqam! İntiqam…” kitabları, “Ölməz qəhrəmanlar”, “Qəzəb və məhəbbət” hekayə və oçerk topluları, “Vəfa” pyesini yazıb.

1939-cu ildə Rəsul Rza Azərbaycan Yazıçıları İttifaqının sədri, 1945-1948-ci illərdə Azərbaycan Kinematoqrafiya naziri, 1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasının baş redaktoru işləyib. Şair 1960-1981-ci illərdə Asiya və Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri olub, 1964-cü ildə isə SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilib.

Rəsul Rza “Azərbaycan SSR xalq şairi” fəxri adına layiq görülüb, “Şərəf nişanı”, üç dəfə “Lenin” ordeni və s. medallarla təltif olunub.

11 aprel 1981-ci ildə Rəsul Rza Bakı şəhərində ürək çatışmazlığından vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. Hazırda Göyçay şəhərində onun ev muzeyi fəaliyyət göstərir və paytaxtın küçələrindən biri onun adını daşıyır.

20 dekabr 2013-cü ildə Göyçay rayonunda Rəsul Rza haqqında çəkilmiş “...yaşıl atlas, ömürdən səhifələr” filminin təqdimatı olub.

Son xəbərlər

Yerli xəbərlər
Dünən, 14:34

Miyazakinin sehrli dünyası Bakıda canlanacaq: məşhur animelərin musiqiləri şam işığında səslənəcək

Yerli xəbərlər
Dünən, 11:56

İlham Əliyev Ərdoğana başsağlığı verib

Xarici xəbərlər
Dünən, 11:36

Paşinyan KTMT-nin Moskva sammiti ilə eyni gündə Türkiyəyə səfər edəcək

Yerli xəbərlər
Dünən, 11:16

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib

Yerli xəbərlər
Dünən, 11:07

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb

Yerli xəbərlər
Dünən, 11:01

Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb

Yerli xəbərlər
Dünən, 10:03

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xarici xəbərlər
09 noyabr 2026, 17:04

Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

Xarici xəbərlər
09 noyabr 2026, 17:02

Macarıstanın sabiq baş nazirinin qardaşı insan alverində şübhəli bilinərək saxlanılıb

Yerli xəbərlər
09 noyabr 2026, 14:16

Ərdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Yerli xəbərlər
09 noyabr 2026, 14:05

Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib - SƏRƏNCAM

Yerli xəbərlər
09 noyabr 2026, 12:05

Sabah Bakıda hava yağmursuz olacaq

Xarici xəbərlər
09 noyabr 2026, 11:47

703 milyon dollarlıq boşanma — milyarder səhmlərini satdı

Xarici xəbərlər
09 noyabr 2026, 11:36

Kruiz gəmisindən dənizə düşən pianoçu 9 saat sonra sağ tapıldı

Yerli xəbərlər
09 noyabr 2026, 11:33

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Xarici xəbərlər
09 noyabr 2026, 11:27

"Nvidia" rəhbəri həyat yoldaşına xəyanət etdiyini etiraf edib və üzr istəyib

Yerli xəbərlər
09 noyabr 2026, 11:15

Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Yerli xəbərlər
09 noyabr 2026, 11:07

DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

Yerli xəbərlər
09 noyabr 2026, 10:43

Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava

Xarici xəbərlər
09 noyabr 2026, 10:39

Maduro ABŞ həbsxanasında dinə maraq göstərməyə başlayıb

Yerli xəbərlər
09 noyabr 2026, 08:43

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO

Yerli xəbərlər
09 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir

Yerli xəbərlər
09 noyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 9 noyabr

Yerli xəbərlər
08 noyabr 2026, 15:55

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Oxşar xəbərlər