Bu gün, mayın 16-dan Azərbaycanın Xarkovdakı fəxri konsulluğu fəaliyyətini bərpa edir. Bu barədə Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov APA-ya bildirib.
Konsulun sözlərinə görə, raket atışlarından zərər çəkən binanın bir otağı bərpa edilib.
Qeyd edək ki, martın 6-da Xarkova endirilən hava zərbələri nəticəsində fəxri konsulluğun binası ciddi dağıntılara məruz qalmışdı. Eyni zamanda, konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yararsız hala düşmüşdü. Nəticədə xəsarət alan olmamışdı.