Azərbaycanla Ermənistanın dövlət sərhədindəki buraxılış məntəqələri müəyyənləşib. Bununla bağlı mayın 5-də Baş nazir Əli Əsədov qərar imzalayıb.
- Eyvazlı dövlət sərhədindən buraxılış məntəqəsi – Qubadlı rayonu (Eyvazlı kəndi), Azərbaycanla Ermənistan arasında.
- Qazançı dövlət sərhədindən buraxılış məntəqəsi - Zəngilan rayonu (Qazançı kəndi), Azərbaycanla Ermənistan arasında.
Füzuli və Zaqatala Beynəlxalq Hava Limanlarında da dövlət sərhədindən buraxılış məntəqələri müəyyən edilib.