İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində iki ölkənin işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə keçirilən biznes forumda ümumi dəyəri 500 milyon dollardan çox olan 19 müqavilə imzalanıb.
Bu barədə 29 iyun tarixində APA Azərbaycan-Özbəkistan qadın sahibkarlarının biznes forumunda çıxış edən Özbəkistan Ali Məclisi Senatının sədrinin sözlərinə istinadən məlumat verib.
Onun sözlərinə görə, imzalanan sənədlər turizm, investisiya, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığı nəzərdə tutur.