Azərbaycanla Özbəkistan arasında Kənd Təsərrüfatı sahəsində Əməkdaşlıq üzrə Yol Xəritəsi imzalanıb. Bu haqda iyulun 30-da Nazirliyin rəsmi səhifəsində məlumat verilib.
Bu xəritə iki ölkənin aqrar sığorta sistemi, kənd təsərrüfatının rəqəmsallaşdırılması, kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri sahəsində təcrübə mübadiləsinin aparılmasını özündə əks etdirib.
Həmçinin Yol Xəritəsi ipəkçilik sahəsində birgə müəssisənin yaradılmasını da nəzərdə tutub.