Azərbaycan-Britaniya diplomatik əlaqələrinin 30 illiyi münasibətilə Londonda “Yunus Emre İnstitut”da 22 azərbaycanlı rəssamın 56 əsəri nümayiş olunub. Bu haqda iyulun 5-də APA məlumat yayıb.
Sərgi “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən “The Art of Diplomacy” adı altında keçirilib.
Sərgi 8 iyul tarixinə kimi davam edəcək.