Bu ilin yanvar-may ayları ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 3,8 milyard dollar gəlir əldə olunub. Bu haqda iyunun 3-də Dövlət Neft Fondu tərəfindən məlumat verilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 2 dəfə çoxdur.
“Şahdəniz” yatağından isə əldə olunan gəlir 526,5 milyon dollar təşkil edib. 2021-ci illə müqayisədə gəlir 8 dəfə artıb.
Azəri-Çıraq-Günəşli Azərbaycanın ən böyük neft yatağı blokudur. Neft yatağı ilə bağlı hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ildə imzalanıb. 2001-ci ildən isə yataq fəaliyyətə başlayıb.
"Şahdəniz” yatağı 1999-cu ildə kəşf olunub. Sözügedən layihə Azərbaycanı dünyaya qaz ixrac edən ölkə kimi tanıdıb.