“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev Şəki rayonunda vətəndaş qəbulu keçirəcək. Bu haqda məlumat mayın 21-də qurumun Facebook hesabında paylaşılıb.
Görüş mayın 23-ü saat 11:00-da Şəkidəki Heydər Əliyev Mərkəzində baş tutacaq. Qəbul barədə əlavə məlumat almaq üçün Birliyin Zaqatala Regional Qaz İstismarı İdarəsinə müraciət etmək olar.