“Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Lənkəran şəhərində görüş təşkil olunacaq. Bu barədə 25 oktyabr tarixində “Azəriqaz” İstehsalat Birliyi məlumat verib.
Aksiya Heydər Əliyev Mərkəzində (Şirəli Axundov küçəsi) baş tutacaq.
“Səyyar qəbul otağı” oktyabrın 27-də saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq.