İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndi ərazisində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz tənzimləyici məntəqə (QTM) qurulur.
Bu barədə İnsanoid “Azəriqaz”a istinadən bu gün, 19 iyul tarixində məlumat verir.
Bildirilib ki, işlər bu gün də müntəzəm olaraq davam etdirilir.
QTM Zəngilan rayonunun Həkəri, Yenikənd və 2-ci Alıbəyli kəndlərini “mavi yanacaq”la təmin edəcək. QTM-in ərazisi 2500 kvadratmetr olacaq.
Hazırda ərazidə iki su anbarının tikintisi başa çatmaq üzrədir. İşıq dirəklərinin bünövrəsi hazır vəziyyətdədir. Cari işlərin avqustun sonunadək yekunlaşdırılması planlaşdırılır.