Montyorun ölümünə görə "Azərişıq" ASC-nin iki əməkdaşına cinayət işi açılıb. Bu barədə iyunun 14-də Baş Prokurorluq məlumat yayıb.
Hadisə fevralın 6-da Ağcabədinin Şənlik kəndində baş verib. Satış üzrə nəzarətçi-mühəndis Bəhrəm Quliyev qəza ilə əlaqədar əvvəllər elektrik montyoru işləmiş şəxsə transformatoru təmir etməsini tapşırıb.
Mərhum növbətçi-dispetçer Dilqəm Məmmədova transformatoru elektrik xəttindən ayırmasını bildirib. Sonuncunun səhvi nəticəsində elektrik cərəyanının ötürülməsi davam etdiyindən təmirçi cərəyanın vurması nəticəsində həlak olub.
Adıçəkilən şəxslər vəzifə səlahiyyətlərini aşma və səhlənkarlıqda təqsirləndirilirlər.
Cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.