"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov iyunun 16-da Qax və Şəkidən olan vətəndaşları qəbul edəcək. Bu haqda məlumat qurumun Facebook hesabında paylaşılıb.
Görüş Qax şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında yerləşən inzibati binada baş tutacaq.
İştirak etmək istəyənlər Qax Elektrik Şəbəkəsinə, “199” çağrı mərkəzinə, [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər. Qəbula gələn şəxslərdə peyvənd, immun sertifikatı və ya əks-göstəriş sertifikatının olması zəruridir.