İyunun 7-də saat 10:00-da “Azərişıq” ASC-nin sədri Qəbələ şəhərində Qəbələ və Oğuz rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu haqda mayın 30-da APA məlumat yayıb.
Qəbul Zərifə Əliyeva küçəsi 63 ünvanında yerləşən Şimal-Qərb RETSİ-nin inzibati binasında keçiriləcək.
Qəbulda iştirak etmək istəyən şəxslər Qəbələ Elektrik Şəbəkəsinə və ya “Azərişıq” ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.