“Azərlotereya” ASC İkinci Qarabağ müharibəsi şəhidlərinin övladlarına təhsil təqaüdü ayırıb. Bu haqda iyunun 30-da APA məlumat yayıb.
Təhsil təqaüdü ilkin mərhələdə 32 nəfəri əhatə edəcək ki, onlardan hazırda 25-i Azərbaycanda, 7-si isə Türkiyədə oxuyur.
Türkiyədə təhsil alan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, Azərbaycanda isə ali təhsil alan şəhid övladlarının yaşayış xərclərinin qarşılanması nəzərdə tutulub.