“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Göygöl şəhərində Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edib. Bu haqda məlumat mayın 18-də qurumun saytında yerləşdirilib.
Qəbulda 46 nəfər iştirak edib. Onların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub.