“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov iyulun 14-də Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu haqda məlumat qurumun saytında yerləşdirilib.
Görüş saat 10:00-da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gələn şəxslərdə peyvənd, immun sertifikatı və ya əks-göstəriş sertifikatının olması zəruridir. İştirak etmək istəyənlər Şəmkir və Gədəbəy Sukanal Sahələrinə, 431-47-67 nömrəsi və [email protected] poçtuna müraciət edə bilərlər.