“AzerGold” QSC törəmə şirkəti “Daşkəsən Dəmir Filiz” MMC vasitəsilə Daşkəsən rayonunun 198 sakinini işlə təmin edib. Bu barədə 1 iyul tarixində Report qurumun İdarə Heyətinin sədr müavini Xəyyam Fərzəliyevə istinadən məlumat verib.
Onun sözlərinə görə, bu, törəmə şirkətin işçilərinin 73%-i deməkdir.
“Dəmir filizi sahəsinin fəaliyyəti aktiv fazaya keçdikdən sonra regionda yeni və daimi iş yerlərinin sayı daha da artırılacaq”, - deyə məlumatda bildirilib.