Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-prisi ilə əlaqədar iyunun 6-dan etibarən “Azneft” dairəsi bağlanacaq. Bu barədə mayın 31-də Baku.es xəbər paylaşıb.
Daha öncə, paytaxtda Azadlıq prospekti ilə Neftçilər prospektinin kəsişməsi və Səməd Vurğun küçəsi ilə Zərifə Əliyeva küçəsinin kəsişməsindən Neftçilər prospektinədək yolun bir hissəsi bağlanıb.
Azərbaycan Qran-prisi iyunun 10-12-də baş tutacaq.