Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2021-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək. Bu barədə 29 dekabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində məlumat yayılıb.
Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə 4,8 milyon manat vəsait ayrılıb. Yardım 200 mindən çox ailə üzvü olan 47 min ailəni əhatə edəcək və həmin ailələrin hesablarına köçürüləcək.