Qəbələdə bacısı və dayısı oğlunu öldürməyə cəhddə təqsirləndirilən şəxsin istintaqı başa çatıb. Bu haqda mayın 11-də APA məlumat yayıb.
İnsident 23 oktyabr 2021-ci il tarixdə Zarağan kəndində baş verib. Sədi Qəribov iki qohumuna bıçaqla çoxsaylı xəsarətlər yetirib. O, “iki və ya daha çox şəxsi öldürməyə cəhd” maddəsilə ittiham edilir.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.