Bakıda bağ evindən 10 min avro oğurlayan qadın saxlanılıb. Bu barədə iyulun 2-də Daxili İşlər Nazirliyinə istinadən Report məlumat yayıb.
Hadisə iyunun 30-da Mərdəkan qəsəbəsində qeydə alınıb. Oğurluq edən şəxsin Şirvan sakini A.Nəsirova olduğu müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.