Bağçalara qəbul ilk olaraq Bakı, Sumqayıt, Abşeron və Gəncə üzrə olacaq. Bu barədə 7 iyun tarixində Report məlumat verib.
Həmçinin məlumatda bildirilib ki, bu il ilk dəfə Təhsil Nazirliyinin tabeliyində olan dövlət uşaq bağçalarında vakant olan tərbiyəçi və müdir vəzifələri üçün namizədlər müsabiqədə iştirak edərək yerləri qazana bilərlər. Məlumata görə, özəl bağçalarda işləmək istəyənlər birbaşa həmin müəssisəyə müraciət edərək işə düzələ bilərlər.
“Uşaq bağçalarında məktəbəhazırlıq qrupları var. 5 yaşı tamam olanların hazırlığa getmələri tövsiyə olunur”, - məlumatda bildirilib.
Qeyd edək ki, bu ildən etibarən məktəbəqədər təhsil müəssisələrinə qəbul elektron qaydada həyata keçiriləcək. Prosesə iyulun 1-dən start veriləcək.