Bakıda 22 yaşlı oğlan özünü dənizə ataraq intihara cəhd edib. Bu haqda dekabrın 9-da Trend məlumat yayıb.
İnsident saat 11:00 radələrində Dənizkənarı Milli Parkın ərazisində baş verib. Hadisə yerinə xilasedicilər cəlb olunub. Sözügedən şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda onun vəziyyəti kafidir, müalicəsi davam edir.
“Boğulma əlamətləri yoxdur, soyuq suda qaldığından onun bədənində hipotermiya müşahidə olunur. Bütün ilkin tibbi yardım göstərilib", - deyə xəstəxanadan bildirilib.
Baş Prokurorluğun məlumatına əsasən, cari ilin birinci yarısında baş vermiş intihar hadisələri nəticəsində 239-u kişi olmaqla, 322 nəfər həyatını itirib.