Bakının Binə qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü qadın öldürülüb. Bu barədə 14 mart tarixində Baş Prokurorluq məlumat verib.
Belə ki, zərərçəkmişin 1987-ci il təvəllüdlü ərinin qısqanclıq zəminində aralarında yaranan münaqişə zamanı qadına çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi başlanılıb.