8-9 dekabr tarixlərində Bakıda “Boulevard Otel”də 5-ci Beynəlxalq Bankçılıq Forumu keçiriləcək. Bu barədə Forumun rəsmi səhifəsində məlumat verilib.
Tədbir “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda təşkil olunacaq.
Foruma Azərbaycandakı bütün bankların icraçı direktorları daxil olmaqla 40 məruzəçinin və 600 iştirakçının gələcəyi planlaşdırılır. Tədbirdə bəzi texnologiyaların necə işlədiyini görmək mümkün olacaq.
Şirkət nümayəndələri müasir bankda nağd pul dövriyyəsinin optimallaşdırılması və ekvayrinq şəbəkəsinin autsorsinqi haqqında hesabat xarakterli məruzə ilə çıxış edəcəklər.
Forumda Azərbaycanın bank sənayesi bazarının iştirakçıları pulsuz iştirak edə bilərlər. Bunun üçün tədbirin saytındakı linkdən istifadə edərək qeydiyyatdan keçmək lazımdır.