Bakının Nizami rayonunda hamilə qadın əri tərəfindən bıçaqlanıb. APA-nın dekabrın 11-də verdiyi məlumata görə, hadisə metronun Qara Qarayev stansiyasının yaxınlığında baş verib.
Belə ki, 1999-cu il təvəllüdlü qadın əri ilə mübahisə zamanı boğaz və döş qəfəsi nahiyələrindən bıçaq xəsarətləri alıb. Yaralı 3 bıçaq zərbəsi ilə xəstəxanaya yerləşdirilib.
2021-ci ilin 9 ayı ərzində baş verən qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətləri nəticəsində 51 qadın həyatını itirib. Xəsarət alanların sayı isə 24 təşkil edib.