15-17 dekabr tarixlərdə “Baku Marriott Boulevard Hotel”də “Made in Uzbekistan” milli məhsulların sərgisi keçiriləcək. Bu barədə məlumat Özbəkistanın Azərbaycandakı səfirliyinin rəsmi səhifəsində yerləşdirilib.
Tədbirdə 80-dən artıq tekstil, dəri və ayaqqabı, ipək, qida, kimya, elektrik-texniki, əczaçılıq, metallurgiya, tikinti, mebel və maşınqayırma sənayesi istehsalçılarının iştirakı nəzərdə tutulub. Sərgidə, həmçinin şərab mədəniyyəti, turist potensialı və özbək xalqının xalq-tətbiqi sənət nümunələri sərgilənəcək.
Tədbir çərçivəsində Özbəkistan və Azərbaycan biznes icmaları arasında “B2B” formatında ikitərəfli danışıqlar aparılacaq.