Bakı Slavyan Universitetinin nəzdində olan Məktəb Lisey Kompleksi əyani tədrisə qayıdıb. Bu barədə dekabrın 9-da Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Sözügedən təhsil müəssisəsində 12 noyabr tarixində əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunmuşdur. Liseyin 12 şagirdi və 3 müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq edilmişdir. Daha sonra isə məktəbin karantin müddəti dekabrın 3-nə qədər uzadılmışdır.