Bakının Nərimanov rayonunda gənclər arasında dava baş verib. Nəticədə iki nəfər bıçaqlanıb. Bu haqda martın 14-də News Time xəbər paylaşıb.
Məlumata görə, 23 və 25 yaşlı qardaşlar iki Bakı sakini ilə dava edib. Daha sonra qardaşlardan biri üzərindəki bıçaqla onlara xəsarət yetirib. Yaralılar 5 saylı şəhər kliniki xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı “xuliqanlıq” maddəsilə cinayət işi açılıb.