Bakının Sabunçu rayonunda həyat yoldaşını öldürən şəxsə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Bu barədə mayın 11-də Report xəbər verib.
O, 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
2021-ci ilin noyabr ayında Bakının Pirşağı qəsəbəsində 32 yaşlı şəxs 24 yaşlı həyat yoldaşını şəxsi münasibətlər zəminində mübahisə zamanı bıçaqlayaraq öldürüb.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi açılıb.