Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. Bu barədə APA iyulun 5-də xəbər yayıb.
Hadisə Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində qeydə alınıb. Belə ki, 26 saylı xətt avtobusu qəzaya düşüb və səkiyə çıxıb.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.