Bakıda kafedə 28 yaşlı oğlan bıçaqlanıb. Bu barədə 18 oktyabr tarixində Report məlumat verib.
Hadisə oktyabrın 17-si paytaxtın Nərimanov rayonu, A.Nemətulla, 23 ünvanında yerləşən kafedə qeydə alınıb.
Belə ki, Abdullayev Türkel Vəli oğlu tanışı, 1994-cü il təvəllüdlü Səmədov Orxan Yediyar oğlunu bıçaqla vuraraq, ona ağır bədən xəsarətləri yetirib.
Faktla bağlı cinayət işi başlanılıb.