Üç əcnəbi vətəndaşa və Bakı sakininə qarşı dələduzluq edən Şirvan şəhər sakini saxlanılıb. Bu barədə Report mayın 21-də məlumat yayıb.
O, Qaradağda əcnəbi vətəndaşı aldadaraq ondan 100 manat alıb. Həmçinin saxlanılan şəxs müxtəlif vaxtlarda “TIR” sürücüləri olan daha iki əcnəbi vətəndaşın ümumilikdə 440 dollarını və mobil telefonunu oğurlayıb.
Bununla yanaşı, sözügedən şəxsin Bakı şəhər sakininin mobil telefonunu dələduzluq yolu ilə alması da məlum olub.
Faktla bağlı araşdırma davam edir.