“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə həftəsonu Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib. Bu barədə 17 iyul tarixində APA məumat verib.
Bundan əlavə, Bakı-Ağstafa-Bakı qatarları ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətdə hərəkət edir.
Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.
[gallery link="file" columns="1" size="full" ids="186166"]