Bakıda 28 yaşlı qadın tanış olduğu ərəb turist tərəfindən fiziki zorakılığa məruz qalıb. Bu haqda iyunun 2-də Baku TV xəbər paylaşıb.
Mayın 31-i gecə saat 02:00 radələrində qadın Nəsimi rayonu, Həzi Aslanov küçəsi 97 ünvanında yerləşən mənzildə Birləşmiş Ərəb Əmirliklərinin 22 yaşlı vətəndaşı ilə görüşüb. Daha sonra onların arasında münaqişə yaranıb və ərəb xuliqanlıq zəminində qadını döyüb.
Faktla bağlı araşdırma davam edir.