Bakıda avtomobillə piyadanı vuraraq qaçan sürücü saxlanılıb. Bu haqda Report-a DİN mayın 9-da məlumat yayıb.
Mayın 7-də saat 22 radələrində Biləcəri qəsəbəsi ərazisində yolu keçən S. Qasımovanı avtomobil vurub. Sürücü isə hadisə yerindən uzaqlaşıb.
Məlum olub ki, hadisəni “VAZ-21011” markalı avtomobilin sürücüsü Elçin Süleymanov törədib.
Faktla bağlı araşdırma aparılır.